“İnterfax-Azərbaycan”a rəhbər təyin edildi
A.Əzizov indiyədək müxtəlif media qurumlarında çalışıb.
Qeyd edək ki, “İnterfax-Azərbaycan” informasiya agentliyinin rəhbəri Aleksandr İvanov ötən il 21 dekabr tarixində Moskvada dünyasını dəyişib. A.İvanov 12 iyul 1950-ci ildə Bakı şəhərində anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. Ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib.
AzVision.az
Teqlər: İnterfax-Azərbaycan