Külli miqdarda narkotik və silah götürülüb
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sübhan Əliyevin yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngi, 6 patron, 3 xəncər, 1 balta və 1 maska aşkarlanaraq götürülüb.
ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.
AzVision.az
Teqlər: DİN Polis Silah Narkotik