MSK bu həftə seçkilərlə bağlı qərar verəcək
Qeyd edək ki, Prezident İlham Əliyev Konstitusiyanın 179.1 maddəsini rəhbər tutaraq bu gün növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Elvin Abdulqədirov
AzVision.az