Azərbaycanda doluya qarşı raket-artilleriya bərpa oluna bilər
Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib.
Hesabatda qeyd olunub ki, hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib. Belə ki, Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb.
“Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 ədəd aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron dəniz rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında cəmi 174 xəbərdarlıq tərtib olunub”.
AzVision.az