Xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası
Maarifləndirmə tədbirləri Gəncə və Bakı şəhərlərində ticarət mərkəzlərinin ərazilərində və “ASAN xidmət” mərkəzlərində keçirilib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin iştirak etdiyi aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi üzrə məlumatlar verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb. Eyni zamanda təcrübəli onkoloqlar vətəndaşların bu sahədə suallarını cavablandıraraq tövsiyələr veriblər.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi ilə “Regional İnkişaf” İctimai Birliyi birgə regionlarda mütəmadi olaraq əhali arasında onkoloji müayinə və müalicələr təşkil edir, elmi-nəzəri konfranslar keçirir.
AzVision.az