Azərbaycanlı Almaniyada özünü öldürmək istədi - VİDEO
Sosial şəbəkələrdə Almaniyada yerləşən qaçqın düşərgələrindən birində azərbaycanlı olduğu iddia edilən şəxsin intihara cəhd görüntüləri yayılıb.
“Bura Bavariyada qaçqın düşərgələrindən biridir. İndi bir nəfər özünü 6-cı mərtəbədən atmaq istəyir. Azərbaycanlıları çox incidirlər. Onları intihar həddinə çatdırırlar. Kim deyirsə ki, Almaniyada humanistlik var, insanları yaxşı qarşılayırlar, qayğı göstərirlər, yalan söhbətdir. Çoxu faşistlərdir. Baxın, görün yazığı nə hala çatdırıblar ki, özünü öldürmək istəyir”- deyə Almaniyada yaşayan azərbaycanlı bildirib.
Qeyd edək ki, bu, azərbaycanlıların, o cümlədən müsəlmanların Almaniyada üzləşdiyi ilk belə hal deyil. Dəfələrlə xarici KİV və sosial şəbəkələrdə miqrantarın alçaldılması, döyülməsi barədə məlumatlar yayılıb. Görünən odur ki, azərbaycanlıları ölkədən qaçan müxaliflərin təriflədiyi Almaniyada gül-çiçəklə qarşılamırlar.
Təqdim etdiyimiz videogörüntü Almaniyada qaçqınlara qarşı münasibətin necə olduğunu göstərir:
Kənan Məmmədov
AzVision.az
Teqlər: Almaniya