Teleqüllənin yaxınlığında yaşayan sakinlər köçürülür

Teleqüllənin yaxınlığında yaşayan sakinlər köçürülür
  24 Yanvar 2018    Oxunub:1798
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.
İcra Hakimiyyətinin mətbuat xidmıtindən AzVision.az-a verilən məlumata görə, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb. Ərazi polis nəzarətinə götürülüb.

AzVision.az


Teqlər: Teleqüllə   Qərargah  





Xəbər lenti