Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub

Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub
  25 Sentyabr 2024    Oxunub:254
Türkiyənin Bitlis vilayətinin Tatvan bölgəsində 4.5 bal gücündə zəlzələ baş verib.
AzVision.az bu barədə AFAD (Fövqaladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Türkiyə vaxtı ilə saat 14:50-də 7 kilometr dərinlikdə baş verən zəlzələ şəhərin bir çox yerində hiss olunub. Bölgədən gələn ilkin məlumata görə, zəlzələdə xəsarət alan və tələfat olmadığı bildirilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Türkiyə   zəlzələ  





Xəbər lenti