Aparıcı, qaytar onun “layk”larını! – Cəmil Həsənlinin 74.000 “like”ının silinməsinin real səbəbi
Bir müddətdən sonra isə növbəti statusu paylaşıb: “Axşam yenidən belə bir cəhd oldu və çox qısa zamanda profili ələ keçirdilər, səhifəyə üzv olmuş 74.000 nəfəri blokladılar”.
Həsənli başa düşmür ki, onun profili və səhifəsi həqiqətən ələ keçirilsə, daha maraqlı hadisələr baş verərdi – məsələn, inbox yazışmalarının screen edilib yayılması kimi. Razılaşın ki, yəqin, Milli Şura sədrinin inboxunda kifayət qədər maraqlı yazışmalar olmamış deyil.
Kimsə onun səhifəsini həqiqətən ələ keçirsə, ilk iş parolu və bütün təhlükəsizlik tədbirlərini dəyişmək, onu səhifənin adminliyindən kənarlaşdırmaq olardı. Bununla da söhbət bitərdi. Amma səhifə cəmi bir neçə saata çox asanlıqla “qaytarılıbsa”, parolu dəyişdirilməyibsə, hansısa kiber hücumdan söhbət gedə bilməz. Peşəkarlar elə işləmirlər.
Baş verənlərin səbəbi çox bəsitdir: Hazırda bütün dünyada “Facebook” saxta profillərə qarşı mübarizəyə başlayıb. Bütün ölkələrdə, o cümlədən də Azərbaycanda on minlərlə “feyk” profillər bloklanır və sıradan çıxarılır. Cəmil Həsənlinin izləyicilərinin azalmasının real səbəbi budur: sadəcə olaraq, onun səhifəsindəki “layk”ların 74.0000-i saxta profillərdən gəlibmiş.
Yoxsa ki, profil "qırmaq" elə asan iş olsa, gündə bir profil qırılardı. Bütün sirrlər faş olardı. Və profili Cəmil Həsənlidən daha əhəmiyyətli olan insanlar var ki, qabağa onlar salınardılar. Yoxsa, kimə lazımdır Cəmil Həsənlinin profili?
Amma bunu necə deyəsən?! Cəmiyyətə necə izah edəsən ki, sənin səhifəndəki “layk”lar hansı səbəbdən birdən-birə 74.000 azalıblar? Beləmi: “Sevgili xalq, uca millət! Bizim partiyamızın sədri Əli Kərimli mənim səhifəm üçün 74.000 saxta “layk” təşkil etmişdi, amma indi lənətəgəlmiş Mark onları silib! Buna görə də çox məyusam... Aparıcı, qaytar mənim “layk”larımı!”
Təbii ki, yox, belə demək olmaz. Ən yazxşısı elə bütün günahı hakimiyətin üstünə atmaqdır. Onsuz da, havaların soyuq keçməsindən tutmuş, toyuqların pis yumurtlamağına qədər hər şeyin günahı hakimiyyətin ayağına yazılmırmı? Bunu da yazaq, getsin!..
Yaxşı bəs, hakimiyyət tərəfdən bunu kim edə bilərdi? Əlbəttə, təhlükəsizlik xidməti! Həm də üçü birdən! İstər-istəməz yada Cem Yılmaz düşür: “Si-Ay-Ey!!! CİA peşimdə!!!” Dəhşətli bir xəbər: Azərbaycanın bütün təhlükəsizlik xidmətləri Cəmil Həsənlini izləyirlər!
...Yaxşı, lap tutaq ki, belədir, amma izləyib nə ediblər? Profilinə girib, “layker”lərini bloklayıblar! Necə də dəhşətli qisasdır! Əcəba, təhlükəsizlik xidməti Cəmil Həsənlinin profilindən doğrudanmı, ayrı heç cür istifadə edə bilməzdi?
Məsləhət görərdik ki, C.Həsənli yaşına yaraşmayan yalanlarla özünü gülünc vəziyyətə salmaqdansa, daha səhifəsinə “fake” bəyənmələr toplamasın və layk sayını artırmaq üçün də Əli Kərimliyə müraciət etməsin. Yoxsa 1-2 ildən sonra “dost”larının sayı yenə də azalacaq.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Cəmil-Həsənli Facebook