Üçtərəfli görüş başladı

   Üçtərəfli görüş başladı
  26 Sentyabr 2024    Oxunub:340
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.

Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti