Bakıda Azərbaycan – Slovakiya biznes forumu keçirilib - FOTOLAR

Bakıda Azərbaycan – Slovakiya biznes forumu keçirilib -    FOTOLAR
  25 Sentyabr 2024    Oxunub:1250
Azərbaycan və Slovakiya respublikalarının iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı İKT, təhsil, nəqliyyat, enerji, müdafiə sənayesi, əczaçılıq, qida sənayesi və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, qarşılıqlı faydalı ticarət və investisiya münasibətlərinin inkişaf potensialını yüksək qiymətləndirib. Sahibkarlar arasında təmasların artırılması və müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanda xarici investisiyaların cəlbi, biznes və
investisiya mühitinin həm institusional, həm də praktiki səviyyədə yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür.

Slovakiyanın iqtisadiyyat nazirinin müavini Kamil Şaşko ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndiyini və biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqinin vacibliyini qeyd edib. Nazir müavini həmçinin müxtəlif sektorlarda əməkdaşlığın geniş perspektivlər vəd etdiyini diqqətə çatdırıb.

Biznes forumda AZPROMO və SARIO təmsilçilərinin hər iki ölkənin investisiya və ixrac potensialına dair təqdimatları dinlənilib.

Biznes forum B2B formatda görüşlərlə davam edib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Slovakiya   forum  





Xəbər lenti