ABŞ Kiyevə 8 milyard dollarlıq hərbi yardım paketi ayırıb

   ABŞ Kiyevə    8 milyard dollarlıq    hərbi yardım paketi ayırıb
  26 Sentyabr 2024    Oxunub:992
Amerika Birləşmiş Ştatları Ukraynaya 7,9 milyard dollarlıq hərbi yardım paketi elan edib. Həmçinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.

“Ukrayna xalqı və cəsur döyüçülərimiz adından ən yaxın müttəfiqimiz olan Birləşmiş Ştatlara ölkəmizə təhlükəsizlik yardımının qalan hissəsini ayırdığı üçün təşəkkür edirəm", - o, yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti