“Hörmətli prezident Zelenski, sizdən Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanı dərhal işdən çıxarmanızı tələb edirəm. Səfir Markarova burada Kamala Harrisin aparıcı silahdaşının rəhbəri olduğu ABŞ-nin əsas ştatında istehsalat müəssisəsinə sizin baş çəkdiyiniz tədbiri təşkil edib. Tədbirdə bir nəfər də olsun respublikaçı yox idi, çünki qəsdən heç bir respublikaçı dəvət olunmayıb. Bu səfər açıq-aydın demokratlara kömək etmək üçün hazırlanmış bir partiya tədbiri idi və şübhəsiz ki, Ukrayna tərəfinin seçki prosesinə müdaxiləsinə çevrildi”, - Mayk Consonun Volodimir Zelenskiyə məktubunda deyilir.
Nümayəndələr Palatasının sədri bundan sonra respublikaçıların səfir Markarovanın ABŞ-də diplomatik funksiyalarını vicdanla və effektiv şəkildə yerinə yetirmək qabiliyyətinə inamını itirdiyini vurğulayraq, Zelenskiyə Ukrayna səfirinin “dərhal vəzifəsindən azad edilməsi” tələbini təkrarlayıb.
Mayk Conson həmçinin Respublikaçılar Partiyasından prezidentliyə namizədlər siyashısının başında duranların Ukrayna hökumətinin rəsmiləri tərəfindən mediada hədəfə alındığından şikayətlənib. Məktubun sonunda Conson Volodimir Zelenskidən təcili tədbir görəcəyini gözlədiyini bildirib.
NR: "Kamala Harris Ukraynanı qurban verir" |
“Reuters” agentliyinin yazdığına görə, Ukraynanın ABŞ-dəki səfirliyi Mayk Consonun və respublikaçı konqresmenlərin tələbləti ilə bağlı məsələni hələ ki, şərh etməyib.
Sahil İsgəndərov
AzVision.az