Rusiya Çində gizli PUA hazırlayır - "Defense Express"

 Rusiya Çində gizli PUA hazırlayır    - "Defense Express"
  26 Sentyabr 2024    Oxunub:459
"Rusiyada "Sarmat" ballistik raketinin uğursuz sınaqlarının aparıldığı bir vaxtda, Moskva Çində də hərbi imkanlar axtarışına çıxıb. Kreml uzun mənzilli hücum pilotsuz təyyarələrinin istehsalını genişləndirmək üçün Çində tədbirlər görür. Xüsusən də söhbət "Harpiy"lərdən gedir".
Bu fikirlər Defense Express-də dərc olunan məqalədəndir. Məqalədə Rusiyanın İjevsk Elektromexaniki Zavodu, "Kupol” səhmdar cəmiyyətinin yerli mütəxəssislərin iştirakı ilə Çində “Harpiy-3” PUA-sını hazırlayıb sınaqdan keçirdiyi bildirilir.

"Harpiy-3"ün döyüş başlığının çəkisi 50 kq, uçuş məsafəsi isə 2000 km-dir.

Ruslar döyüşdə Çin maşınlarından istifadə etməyə başlayıblar - FOTO
İki kəşfiyyat mənbəsindən məlumat alan "Reuters" isə yazıb ki, "Kupol" 2024-cü ilin əvvəlində Rusiya Müdafiə Nazirliyinə hesabat verərkən Çindəki obyektlərdə “Harpiy” da daxil olmaqla pilotsuz təyyarələrin kütləvi istehsalının yaradılması imkanlarını açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi belə bir layihə haqqında məlumatlı olmadıqlarını bəyan edib. Bildirilib ki, ölkədə hər hansı PUA-nın ixracı ilə bağlı məsələlərə ciddi nəzarət var. Bu, “Çinin tipik mövqeyi”dir. Lakin eyni zamanda, Çinin ZFB-05 zirehli maşınlarının Ukraynadakı döyüşlərdə peyda olması bir sıra suallar yaradıb.

Xarici KİV "Harpiy-3" və "Harpiy-A1"in ilkin versiyasının İran "Şahed"inin oxşarı olduğunu yazıb. Mütəxəssislərin fikrincə, Rusiya 2023-cü ildə 2500-dən çox "Harpiy-A1" istehsal edə bilib. "Harpiy-3"ə gəldikdə isə ayda 200 ədəd istehsal olunub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Rusiya   PUA  





Xəbər lenti