SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb

SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb
  26 Sentyabr 2024    Oxunub:323
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti tərəfindən 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzVision.az




Teqlər:





Xəbər lenti