Ərdoğan: Ermənistan Azərbaycanla sülh bağlanmasında Türkiyədən dəstək gözləyir

   Ərdoğan:    Ermənistan Azərbaycanla sülh bağlanmasında Türkiyədən dəstək gözləyir
  26 Sentyabr 2024    Oxunub:323
Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Türkiyədən dəstək gözləyir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hörmətli Paşinyanın yanaşmalarına baxsaq, mənfi tendensiya görməyəcəyik. Onlar bizdən, Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək gözləyirlər. Biz də bu məqsədi güdürük və bu istiqamətdə səylər göstəririk. Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik və Azərbaycanla Ermənistan arasında olan bu problemləri aradan qaldırmaqla normala qayıda bilərik. Çünki hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan tərəfinin belə bir gözləntisi var və onlar buna səy göstərirlər. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək.”, - deyə Ərdoğan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti