Baydenlə Makron İsrail və "Hizbullah"ı atəşkəsə çağırıblar - YENİLƏNİB

   Baydenlə Makron İsrail və "Hizbullah"ı atəşkəsə çağırıblar -  YENİLƏNİB
  26 Sentyabr 2024    Oxunub:574
İsrailin "Kanal 12" telekanalının məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən Bayden və Makronun atəşkəs çağırışa müsbət cavab verilib.

Digər tərəfdən, Livanın Baş naziri Nəcib Miqati də vurğulayıb ki, atəşkəs sazişinin imzalanacağına "ümidlidir".

* * *

11:21
"Oktyabrın 7-dən bəri, xüsusən son iki həftə ərzində intensivləşən toqquşmalar mülki şəxslərin itkisi ilə nəticələnən daha genişmiqyaslı münaqişə təhlükəsi yaradır".
Bu ifadələr ABŞ Prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makronun İsrail və "Hizbullah" arasında gərginliyin dayandırılması məqsədilə irəli sürdükləri 21 günlük atəşkəs çağırışında vurğulanır.

Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşən prezidentlərin birgə bəyanatına əsasən, "İsrail-Livan sərhədində mülki əhalinin öz evlərinə qayıtlamarı üçün təhlükəsizlik şəraiti yaradılmalıdır".

Sözügedən atəşkəs planının Britaniya, Avstraliya, Kanada, Avropa İttifaqı, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər tərəfindən də təsdiqləndiyi bildirilir.

ABŞ hökumətinin ali rütbəli nümayəndəsinin sözlərinə görə, İsrailin və "Hizbullah"ın timsalında Livanın bu çağırışa "yaxın saatlarda" cavab verməsi gözlənilir.

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Fransa   Yaxın-Şərq   atəşkəs  





Xəbər lenti