Prezidentin işdən çıxardığı hakim kimdir?
AzVision.az-ın məlumatına görə, Təyyar Bəhrəm oğlu Abbaslı 1960-cı ildə anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
T.Abbaslı bir sıra məhkəmə instansiyalarında çalışıb. O, bu vaxtadək Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil (2007-2010), Lənkəran Rayon Məhkəməsinin hakimi (2010-2013), Lerik Rayon Məhkəməsinin hakimi (2013 - 2015) işləyib.
T.Abbaslı 2015-ci ildən bu günədək isə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsini tutub.
AzVision.az