Kəlbəcər və Zəngilanda kosmik monitorinq həyata keçirilib
Onun sözlərinə görə, bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib: ““Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, -deyə R.Nəbiyev vurğulayıb.
AzVision.az