Müdafiə Nazirliyinə ötən il 50 minədək müraciət daxil olub
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected]” elektron poçt ünvanı göstərilib.
Vətəndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciətlərin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.
2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı daxil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb: "2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib".
Teqlər: Müdafiə-Nazirliyi