Yol polisi sürücüləri diqqətli olmağa çağırdı - Xəbərdarlıq
"Harada ki, hava yağmurlu keçir, sulu qar yağır, həmin ərazilərdə sürücülər diqqətli olsunlar. Ara məsafəsinin saxlanılmasına diqqət etmək lazmdır. Nəzərə alınmalıdır ki, yolda sürüşmə ola bilər. Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar" , - deyə DYP rəsmisi vurğulayıb.
Qeyd edək ki, son günlər hava şəraiti qeyri-sabit keçir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: DYP