Nyu-Yorkda əlverişsiz hava şəraiti və Con Kennedi Beynəlxalq Aeroportunda (JFK) yerüstü hava limanı xidmətlərində ləngimə ilə əlaqədar olaraq, J2-101 Bakı-Nyu-York reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus təyyarə hazırda hava limanının perronunda dayanır və sərnişinlərin enməsi üçün mövcud qapı gözləyir.
AzVision.az xəbər verir ki, yaranmış vəziyyət ilə əlaqədar olaraq, J2-102 Nyu-York-Bakı əks reysi də yubanır.
Uzun yubanmalar olduğu təqdirdə aviaşirkətin qaydalarına uyğun olaraq sərnişinlərin bütün lazımi ehtiyacları təmin olunacaq.