Svetofor dirəkləri, idarəetmə və elektrik qutularına zərər dəyib

Svetofor dirəkləri, idarəetmə və elektrik qutularına zərər dəyib
  01 Mart 2025    Oxunub:370
Havanın qarlı və şaxtalı, küləkli və yağışlı olması fərq etməz, əməkdaşlar 7/24 iş başındadırlar.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi məsələsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daim diqqətindədir. Xüsusilə də qarlı havalarda, buzlu yol şəraitində baş verən hadisələr zamanı sıradan çıxan svetoforların yeniləri ilə əvəz edilməsi işləri aparılır, texniki nasazlıq səbəbindən yaranan problemlər qısa müddət ərzində həll edilir.

Paytaxt ərazisində soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib. Hazırda da paytaxt yollarında svetoforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsi ilə, həm də yerində baxış keçirilir.
AzVision.az

Qalereya




Teqlər: Bakı   Svetafor  





Xəbər lenti