İlham Əliyev: Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır

      İlham Əliyev:    Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır
  27 Fevral 2025    Oxunub:363
Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək.
Bu sözləri Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında səsləndirib.

Ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.


AzVision.az


Teqlər:





Xəbər lenti