İmişlidə sürət yarışı keçirən sürücülər saxlanıldı

İmişlidə sürət yarışı keçirən sürücülər saxlanıldı
  28 Fevral 2025    Oxunub:356
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti