Rusiya qoşunları Ukraynanın Sumı vilayətinə girib

Rusiya qoşunları Ukraynanın Sumı vilayətinə girib
  28 Fevral 2025    Oxunub:300
Rusiya qoşunları Ukrayna ilə sərhədi keçərək Sumı vilayətində döyüşə giriblər. Hazırda Novenkoye kəndindədöyülər gedir.
AzVision.az Ukraynanın “Deep State” hərbi teleqram-kanalına istinadən xəbər verir ki, rus qoşunları habelə Rusiyanın Kursk vilayətində yerləşən Sverdlikovo kəndi ərazisində irəliləyə bilib. Novenkiy kəndi yaxınlığındakı ərazi isə “boz” zona kimi qalır ki, bu da onun üzərində nəzarətdə qeyri-müəyyənlik olduğunu göstərir.

“Mash” Telegram-kanalının məlumatına görə, rus qoşunları Ukraynanın Yunakovka ilə Rusiya Sudjası arasındakı yeganə asfalt yolu ələ keçirməyə çalışır. Bu, onlara Kursk vilayətində yerləşən Ukrayna hərbi bölmələrinin maddi-texniki təchizatını və təminatını çətinləşdirməyə imkan verəcək. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı isə Novenkoye kəndinin ələ keçirilməsi ilə bağlı məlumatı təsdiqləmir.

USQ-nin hesabatına əsasən, Ukrayna müdafiə qüvvələri Rusiya hərbçilərinin 16 hava hücumuna və 405 atəş həmləsinə baxmayaraq, Kursk vilayətində əməliyyatı davam etdirir. Ukrayna ordusu həmçinin Rusiya qüvvələrinin 11 həmləsini dəf edib.

Rusiya ilə tam sərhəddə yerləşən Novenkoye kəndi genişmiqyaslı işğal zamanı rus ordusu tərəfindən praktiki olaraq dağıdılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Sumı   hücum  





Xəbər lenti