Zalujnı: "Ukrayna təslim olmayacaq"

      Zalujnı:    "Ukrayna təslim olmayacaq"
  28 Fevral 2025    Oxunub:329
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Londondakı səfiri işləyən Valeriy Zalujnı diqqət çəkən açıqlamalar verib.
Xarici KİV-in yaydığı məlumata görə, o, Londonda Yunan Katolik Katedralindəki çıxışı zamanı ölkəsinin kapitulyasiyaya qol çəkmək niyyətində olmadığını bəyan edib. Səfir rəsmi Kiyevin Rusiya ilə münaqişəni davam etdirəcəyini əmin olduğunu söyləyib.

Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico"
“Bu müharibə hələ bitməyib. Ukrayna təslim olmayacaq. Biz sizin köməyinizlə qələbə qazanacağıq", - Zalujnı qeyd edib.

Səfir Kiyevin qələbə əzmində olduğunu desə də, Qərb dövlətlərinin yardımlarının əhəmiyyətindən də söz açıb. Diplomat xüsusi olaraq vurğulayıb ki, hərtərəfli kömək gəlməsə, qələbə mümkün olmayacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural Tağıyev


Teqlər:   Rusiya   Ukrayna   Qələbə  





Xəbər lenti