Şəhidin adından istifadə edib pul yığan tutuldu

Şəhidin adından istifadə edib pul yığan tutuldu
  28 Fevral 2025    Oxunub:340
Pirallahıda bir nəfər şəhidin adından istifadə edərək pul yığıb.
Bununla bağlı polisə fevralın 27-də məlumat daxil olub. Pirallahı RPİ-nin keçirdiyi tədbirlərlə şəhidin adına videogörüntü paylaşılaraq pul toplanıldığı müəyyən edilib.

Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı paytaxt sakini Nəbi Cəfərov saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti