Bəzi texnika və xammal idxalı ƏDV ilə rüsumdan azad edilir

   Bəzi texnika və xammal idxalı ƏDV ilə rüsumdan azad edilir
  27 Fevral 2025    Oxunub:386
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rusumlarından azad edilir.
Bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər təklif edilir.

Qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.

Sənədə əsasən, azadolma Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında - 2023-cü il yanvarın 1-dən 10 il müddətinə İqtisadiyyat Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında tətbiq olunur.

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti