Politico: “Starmerin ABŞ-yə səfəri Kiyevi ayıldıb”

“Starmer Trampı Ukraynadakı Avropa qoşunlarına hərbi dəstək verməyə inandırmağı planlaşdırırdı. Britaniya rəsmilərinin dediyinə görə, o, Rusiyanın növbəti işğalı halında ABŞ-nin havadan müşahidəsini və qorumasını istəyib. Lakin Tramp bütün bunlara “yox” deyib. Belə sərt mövqe Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində avropalı müttəfiqlərin ayılması üçün ilkin siqnal oldu”, – qəzet yazır.
“Politico” bildirir ki, Tramp Ukraynanı “Starlink”dən ayırmasa da və NATO nizamnaməsinə riayət etsə də belə, “onlara heç nə vəd etməyəcəyini” göstərdi. Həmçinin, Amerika prezidenti Rusiyanın Ukraynaya yenidən hücum edəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı “sualları da rəddə edib”.
- Eyni zamanda, Tramp getdikcə ABŞ-nin maraqlarını Rusiyanın maraqlarına yaxınlaşdırır, Putinin Ukraynaya təcavüzü ilə bağlı tezislərini götürür və yaramaz dövlətlə ittifaq yaratmağa çalışır”, - məqalədə vurğulanır.
Sahil İsgəndərov
AzVision.az