Xorvatiya ilə əlaqələrin gücləndirilməsi müzakirə edildi

Xorvatiya ilə əlaqələrin gücləndirilməsi müzakirə edildi
  28 Fevral 2025    Oxunub:301
Azərbaycan və Xorvatiya arasında işgüzar əlaqələrin gücləndirilməsi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Xorvatiyaya səfər çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq. Azərbaycan-Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.


AzVision.az


Teqlər:





Xəbər lenti