“Təzyiq, məcburiyyət və təhdidlər Çinlə işləmək üçün yanlış yoldur. Əməkdaşlıq üçün əsas olan amil qarşılıqlı hörmətdir”, - Lin Tszyan deyib.
![]() |
Pekin: “ABŞ Rusiya ilə Çinin arasını vura bilməz” |
Fevralın 27-də ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Meksika, Kanada və Çinə yeni tariflərin martın 4-dən qüvvəyə minəcəyini açıqlayıb. Meksika və Kanadadan gələn malların tarifləri 25% olmalıdır. Çin 10% artımla üzləşə bilər.
Xatırladaq ki, Lin Tszyan dünən keçirdiyi brifinqdə ABŞ-nin Pekin-Moskva münasibətlərində nifaq yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az