İndoneziyada 5,6 bal gücündə zəlzələ olub

İndoneziyada 5,6 bal gücündə zəlzələ olub
  01 Mart 2025    Oxunub:445
İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfərin yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti