Türkmənistan qazının Türkiyəyə nəqlinə başlanır

   Türkmənistan qazının Türkiyəyə nəqlinə başlanır
  28 Fevral 2025    Oxunub:386
Türkiyənin BOTAŞ neft və qaz şirkəti ilə Türkmənistanın "Türkmənqaz" şirkəti arasında təbii qaz ticarətinə dair 1998-ci ildən bəri aparılan danışıqlar yekunlaşıb.
Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, razılaşma çərçivəsində Türkmənistan qazının Türkiyəyə ötürülməsinə sabahdan başlanacaq.

"Ötən ilin martında Antalyada Prezident Rəcəb Tayyib Ərdoğan ilə Türkmənistan parlamentinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında imzalanan təbii qaz sahəsində anlaşma memorandumu bu gün öz bəhrəsini verdi. Bu müqavilə nəticəsində ölkəmizin və regionun təbii qaz təchizatı təhlükəsizliyi, habelə iki ölkənin strateji əməkdaşlığı daha da güclənəcək", - məlumatda deyilir.

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarın sözlərinə görə, Türkmənistan qazının nəqli İran üzərindən aparılacaq. İlin sonunadək 1,3 milyard kubmetr təbii qazın Türkiyəyə ötürülməsi, həmçinin növbəti mərhələdə Xəzər dənizindən boru xəttinin çəkilməsi də nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Türkmənistan   qaz-nəqli  





Xəbər lenti