Orban Ukraynanın Aİ-yə üzvlüyünün əleyhinədir

Orban Ukraynanın Aİ-yə üzvlüyünün  əleyhinədir
  28 Fevral 2025    Oxunub:335
Macarıstanın baş naziri Viktor Orbanın fikrincə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması hazırda qeyri-mümkündür, lakin bunun gələcəkdə baş verə biləcəyini istisna etmir.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində Ukraynanın üzvlük mövzusunun “çox çətin məsələ olmadığını” deyib. O, Ukraynanın Aİ-yə qəbul olunmasına “açıq şəkildə etiraz etdiyini” diqqətə çatdırıb. Eyni zamanda, Macarıstanın baş naziri bu vəziyyətin “əbədi davam edə bilməyəcəyini” söyləyib.

“Tarixin nə gətirəcəyini Allahdan başqa heç kim bilmir. Ancaq bir şeyi dəqiq deyə bilərəm: burada və indi bunu təsəvvür etmək mümkün deyil”, - Macarıstanın baş naziri bildirib.

Onun fikrincə, Ukraynanın Aİ-yə daxil olması Macarıstanın kənd təsərrüfatını, sonra isə bütün ölkə iqtisadiyyatını məhv edəcək.

- Mən Macarıstanın maraqları baxımından Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən bir söz deyə bilmərəm və hazırda onun üzvlüyünə qarşı çıxış edən çoxlu arqumentlər gətirə bilərəm”, - Viktor Orban vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   Ukrayna    





Xəbər lenti