Narkotik alverçiləri tutulub

Narkotik alverçiləri tutulub
  01 Mart 2025    Oxunub:329
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıblar. Onlardan narkotik vasitə - marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az

Qalereya




Teqlər: Narkotik  





Xəbər lenti