Füzulidə narkokuryer saxlanılıb

Füzulidə narkokuryer saxlanılıb
  01 Mart 2025    Oxunub:364
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb. O, şəxsiyyəti istintaqla araşdırılan İran sakini vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
AzVision.az



Teqlər:





Xəbər lenti