Ərdoğanın Gürcüstana səfəri gözlənilir

“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, - Boçorişvili deyib.
XİN başçısı yaxın gələcəkdə Türkiyə Böyük Millət Məclisinin sədrinin Gürcüstana səfərinin planlaşdırıldığını qeyd edib.
“Bu, iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə aparılmasında və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsində irəliyə doğru daha bir addım olacaq”, - deyə Maka Boçorişvili bildirib.
AzVision.az
Teqlər: