Zelenski Trampdan sonra avropalılarla görüşəcək - "Bloomberg"

   Zelenski Trampdan sonra avropalılarla görüşəcək    - "Bloomberg"
  28 Fevral 2025    Oxunub:345
Böyük Britaniyanın baş naziri Keir Starmer bazar günü Londonda Ukrayna prezidenti Volodimir Zelenski və digər Avropa liderlərini qəbul edəcək.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.

Tramp Kiyevə qarşı "yumşalır" - “The Wall Street Journal”
Nəşr yazıb ki, görüşdə siyasətçilər müharibə başa çatdıqdan sonra Avropanın Ukraynaya təklif edə biləcəyi təhlükəsizlik təminatlarını müzakirəyə çıxaracaqlar.

Həmçinin planlaşdırılan bu mühüm toplantıda Starmer və Fransa prezidenti Emmanuel Makron avropalı müttəfiqlərinə ABŞ rəhbəri Donald Trampla apardıqları söhbətlər barədə məlumat verəcəklər. Hansı ki, siyasətçilər həmin danışıqlarda Ağ Ev rəhbərini müəyyən məsələlərə inandırmağa çalışıblar. Söhbət Kremlin gələcəkdə potensial sülh sazişindən imtina edəcəyi təqdirdə, ABŞ-nin hərbi “dəstək” vəd etməsindən gedir.

Britaniya baş nazirinin ofisinin yaydığı məlumata görə, Starmer Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərini də Londona dəvət edib. İclasda NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri Ursula fon der Leyen ilə Antonio Kostanın da iştirakı gözlənilir.

Bundan öncə “The Wall Street Journal” Trampın Kiyevə qarşı "yumşal"dığını yazmışdı. Məqalədə qeyd edilib ki, ABŞ prezidenti cümə axşamı Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə Ukraynaya qarşı daha dəstəkləyici mövqe nümayiş etdirib: "Tramp Ukraynaya qarşı etdiyi ən sərt tənqidlərdən bəzilərini yumşaldarıb. O, bir müddət öncə Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandırsa da, indi belə bir faktın mövcudluğuna “inana bilmədiyini” deyir. Bununla yanaşı, siyasətçi Kiyevə əldən çıxan ərazilərin mümkün qədər Rusiyadan geri alınmasına kömək edəcəyinə söz verib".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Zelenski   Ukrayna  





Xəbər lenti