“Şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır” - MSK sədri
Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSK istəsə də Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələ Komissiyanın iclasına çıxa bilməz: “Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni, bu ilki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".
MSK sədri deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.
“Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - M.Pənahov əlavə edib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: MSK Seçki Məzahir-Pənahov