Bu barədə Lider TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova məlumat verib. O bildirib ki, baş verən hadisənin insan ölümü ilə nəticələnməsi hər kəs kimi TV rəhbərliyini və kollektini də dərindən sarsıb. Belə bir məqamda TV əyləncəli və şou xarakterli verilişlərdən imtina qərarı verib.
“Məsələnin həssaslığını nəzərə alaraq bu gün Lider TV-nin efirində əyləncə və şou xarakertli heç bir veriliş yayımlanmayacaq. Yalnız sənədli və bədii filmlərə yer ayırmışıq”, - deyə S. Bünyadova əlavə edib.
AzVision.az