“Dünyada analoqu olmayan silahlarımız var” – Putin Qərbə meydan oxudu
“Son 30 ildə biz elə dəyişikliklərə nail olmuşuq ki, digərlərinə bunun üçün yüzilliklər lazım idi. Cəsarətli olmaq, məsuliyyəti öz üzərinə götürmək və güclü olmaq lazımdır”, - deyə Putin vurğulayıb.
O, həmçinin əlavə edib ki, dünyada analoqu olmayan müasir Rusiya silahlarının olması barədə məlumatlar yalan deyil: “Yer planeti adlanan qayığı yelləməyi dayandırmağın vaxtı çatıb”.
Putin, həmçinin Rusiyanın artan gücünü sülhün zəmanəti adlandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az