“ADA” abituriyentləri "Açıq qapı" gününə dəvət edir

“ADA” abituriyentləri "Açıq qapı" gününə dəvət edir
  01 Mart 2018    Oxunub:2328
“ADA” Universiteti magistratura təhsili ilə maraqlananları “Açıq qapı” gününə dəvət edir.
Universitetdən AzVision.az-a verilən məlumata görə, magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər martın 7-si saat 16:00-da ADA-nın tədris mərkəzində baş tutacaq "Açıq qapı" gününə dəvət olunurlar.

"Açıq qapı" günündə iştirakçılara universitet, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, eləcə də qəbul şərtləri izah ediləcək.



Tədbirdə “ADA” Universitetinin Akademik İşlər üzrə prorektoru Vəfa Kazdal, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Elnur Soltanov və Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov çıxış edərək təcrübə və tövsiyyələrini bölüşəcək, iştirakçıların suallarını cavablandıracaqlar.

2018-2019-cu tədris ilində “ADA” Universiteti dörd ixtisas üzrə iki illik magistr proqramları təklif edir:
•Diplomatiya və beynəlxalq münasibətlər
•Dövlət idarəetməsi
•Biznesin idarə edilməsi (MBA)
•Təhsil üzrə menecment

Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir.

“ADA” Universitetində keçiriləcək "Açıq qapı" günündə iştirak etmək istəyənlər [email protected] e-mail ünvanı ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

AzVision.az


Teqlər: ADA   Magistratura  





Xəbər lenti