Orduya yığılan pulun məbləği açıqlandı

Orduya yığılan pulun məbləği açıqlandı
  01 Mart 2018    Oxunub:1564
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2018-ci il tarixədək 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Vəsait  





Xəbər lenti