Deputat piyadalara qarşı cəzanın sərtləşdirilməsini istəyir

Deputat piyadalara qarşı cəzanın sərtləşdirilməsini istəyir
  23 Fevral 2018    Oxunub:2310
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına daxil olan ərizələrin böyük əksəriyyəti yol qəzaları ilə bağlıdır.

AzVision.az xəbər verri ki, bunu parlamentin bu gün keçirilən iclasında millət vəkili Elmira Axundova deyib.
Deputat qeyd edib ki, qəzalar bir çox hallarda piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir:

“Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur. Bu günlərdə Əfv komissiyasının iclası keçirilib və inanın ki, Əfv ərizələrinin böyük əksəriyyətini piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edir. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur, onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Elmira-Axundova   Piyada   Cəza  





Xəbər lenti