Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransında

Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransında
  18 Fevral 2018    Oxunub:1678
Energetika naziri Pərviz Şahbazov fevralın 16-17-də Almaniyanın Bavariya vilayətinin paytaxtında keçirilən 54-cü Münxen Təhlükəsizlik Konfransında iştirak edib.
Energetika Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib. Energetika naziri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette, UNIPER şirkətinin baş direktoru Klaus Şafer və Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüşüb.

Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafına dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Energetika-Nazirliyi   Pərviz-Şahbazov  





Xəbər lenti