İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb
  17 Fevral 2018    Oxunub:3126
“Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün edilən 6 müraciətə müsbət cavab verilib”.

AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri bildirib ki, indiyə qədər 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb: “12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan 7-si siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən, 4-ü isə öz təşəbbüsü ilə irəli sürülmüş namizədlərdir”.

M.Pənahov qeyd edib ki, hazırda prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir və arzu edən şəxslər namizədliyini verə bilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Məzahir-Pənahov   Seçki  





Xəbər lenti