Azay Quliyevdən prezidentin çağırışına dəstək

Azay Quliyevdən prezidentin çağırışına dəstək
  17 Fevral 2018    Oxunub:3572
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev özünün "Twitter" səhifəsində yazıb.

Şura sədri qeyd edib: "QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq".



Xatırladaq ki, Prezident İlham Əliyev bütün çıxışlarında Qərbi Azərbaycandakı tarixi torpaqların azad edilməsi barədə fikirlərini ifadə edib: "Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır. Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad etməli və ermənilərdən qisas almalıyıq“.

AzVision.az


Teqlər: Azay-Quliyev   QHT  





Xəbər lenti