Ombudsman aparatının əməkdaşları hərbi hospitalda

Ombudsman aparatının əməkdaşları hərbi hospitalda
  17 Fevral 2018    Oxunub:1472
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqlar hospitalın cərrahiyyə, terapiya, travmatologiya, nevrologiya, poliklinika şöbələrində hərbi qulluqçuların sağlamlıqları üçün yaradılan şəraitlə yaxından tanış olub, müalicə alan əsgər və zabitlərin sağlamlıq durumları, o cümlədən tibbi xidmətlə maraqlanıblar.



Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

AzVision.az


Teqlər: Ombudsman   Müdafiə-Nazirliyi   Cəbhə  





Xəbər lenti