Xızıda raket tapılıb

Xızıda raket tapılıb
  17 Fevral 2018    Oxunub:1685
Fevralın 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd qəbristanlığının yaxınlığına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdən 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti